RU
“Makromart” supermarketlər şəbəkəsindən uzaq durun
15:18
19936

“Makromart” supermarketlər şəbəkəsindən uzaq durun

Dəfələrlə  mətbuatda  dövlət  rəsmilərinin  “Ölkəmizdə  istehsal  edilən  məhsulların  qiyməti  artmayacaq”  deməsi  deyəsən  yalnız  istehlakçıların  eşitməsi  üçündür. Çünki  faktiki  olaraq  reallıq  başqa   cürdür.  Belə  ki, mağaza  sahibləri  olan  işbazlar  ölkədə  baş  vermiş  bu  hadisədən  hədsiz sevinclidirlər  və 21.12.2015-ci il tarixdə baş  vermiş  manatın  devalvasiyasından  sonra   ərzaq  maqazalarında  “şok  qiymət  artımı”  yarışına  start  veriblər. 

Bununla bağlı olaraq 7News.az redaksiyasına “Makromart” supermarketləri şəbəkəsi ilə bağlı fotofaktlarla müşahidə olunan ilginc məlumat daxil olub. 7News.az olaraq kiçik bir araşdırmamızı Sizə təqdim edirik:

21.12.2015-ci il saat  22:45, Xırdalan  şəhəri, H.Əliyev pr.167, “Makromart” supermarketləri şəbəkəsində alıcı  çoxluğu  müşahidə  olunur,  vitrində  olan  malların  qiyməti  dəyişdirilməyib.

22.12.2015-ci il,  marketdə  satışda  olan  malların  90%-nin  qiyməti  15%-dən  50%-ə  qədər  artırılıb  və  qiymət  artımı  həm  xaricdən  gətirilmiş,  həm də  yerli  istehsal  olan  məhsullara  şamil  edimişdir.  Bəzi  məhsulların  (çayların, tualet  kağızlarının və s)  üzərində  işə  qiymət  kağızları  yox  idi. Satıcılardan  soruşduqda ...  ohəmin  məhsulların da  qiymətlərinin  qalxdığını  bildirdilər.

24.12.2015-ci il  marketdən  alış-veriş  edən zaman  qiymətlərin  artdığını  gördüm, malların  üzərindəki  qiymət  kağızlarında  bu  qiymət  artımının   22.15.2015-ci il tarixdə  baş  verdiyi  qeyd  olunmuşdur.  Evdə  cekdə  yazilmış  qiymətlərə  baxdıqda  təəcübləndim:

1)  Bəzi   malların  marketdə    üzərində  yazılmış  qiymətlərlə  kassa aparatında vurulan  qiymətlər  arasında   mağazanın  xeyrinə  olan  fərq  var idi :                                                                                  - Ariel yuyucu tozu  1.5 kq avtom.  mağazada  yazılıb  5.36 manat,  çekdə  vurulub  5.88 manat ; - Salfetka SUN  100əd.  1 paçkası mağazada  yazılıb  0.55 manat,  çekdə  vurulub  0.72 manat ; - Təm.maddə Utyonok, diski  1əd. mağazada  yazılıb  3.55 manat,  çekdə  vurulub  4.16 manat ;

Beləliklə  məndən  45.31  manatlıq  alış-veriş  zamanı  malların  üzərində  yazılmış qiymətlərdən 1.99 manat  artıq  pul  almışdılar. Yanıldığımı  zənn  etdim  və  25.12.2015-ci  il tarixdə   səhər  yenə  marketə  gəldim  və  bu  dəfə  qiymətlərə  diqqətlə  baxandan  sonra  yenə yuyucu  toz  və salfetka  aldım. Bu dəfə də,  8.24  manatlıq  alverdə  məndən  0.98 manat  artıq  aldılar. İradımı  kassirə  bildirdikdə isə o, məni  administratora   yönləndirdi.  Administratorun cavabı  isə “...bizdə  qiymətlər  belədir,  firmalar  qiymətləri  qaldırıb  bizdə  qaldırmışıq,  o ki qaldı  malın  üzərindəki  qiymətlə  cekdə  vurulan  qiymətə...  yeni  qiymətləri  hələlik  qoyub  çatdıra  bilməmişik ,  istəmirsiniz  malı  qaytarın ,  əgər  narazısınızsa,  hara  istəsəniz  şikayət  edə  bilərsiniz...  (yəni  onların  hərəkətlərində  nöqsan  yoxdur !).  

Bu  hadisələrdən  sonra  belə  suallar  ortaya  çıxır :

1)      Dekabrın 21-dən 22-nə  keçən  gecə  10  saat  ərzində  bu  market  hansı  xarici  şirkətdən   mal  alıb  bütün  vitrinləri   doldurdu ki  ( bunu  etmək  fiziki olaraq  mümkün  deyil),  bir  gecədə  giymətlər  dəyişdirildi  ?           

2)      “Bizim  tarla”,  “Azərsun”  və  digər   yerli  istehsalçıların  bir  neçə  müddət  əvvəl  (devalvasiyadan  qabaq)  istehsal  etdikləri  məhsulların   qiymətinə  devalvasıyanın nə təsiri  var ki,  onlarıda  marketdə  yeniləndiriblər?

3)      Marketdə  malların  qiymətinin  kütləvi  şəkildə  50%-ə qədər  qaldırılması yüzlərlə,  bəlkə də  minlərlə  istehlakçinin   külli  miqdarda  aldadılmasıdır,  buna  kim hüquqi  qiymət  verməlidir  və  cəza  tədbiri  görməlidir ? 

4)      Bu  əməlləri  necə  adlandırmaq  olar  : oğurluq, dələduzluq  yoxsa  soyğunçuluq ?

6)İstehlakçıdan  aldatma  yolu  ilə  artıq  alınmış  pulu  kim və  necə  qaytarmalıdır?

7) Inzibati   Xətalar  Məcəlləsinin  231-ci  maddəsində  istehlakçıları   40  manata  qədər aldatmaya   görə  :

*- hüquqi  şəxslər  üç min manat  miqdarda  cərimə ilə cəzalandırılır.

8) Cinayət  Məcəlləsinin  200.1-ci  maddəsində  istehlakçıları  xeyli  miqdarda  aldatmaya   görə  :

*üç min manatdan beş min manatadək  miqdarda  cərimə və ya yüz  səksən  saatdan  iki  yüz  qırx  saatadək ictimai  işlər  ilə cəzalandırılır.

Lakin  burada  bir  anlaşılmazlıq  var:  “xeyli  miqdar”  dedikdə  qırx  manatdan  yuxarı  məbləğ  nəzərdə  tutulur. Onda  belə  çıxır  ki,  ticarət  müəssisələrində  milyonlarla  alıcı  kütləvi  şəkildə  aldadılması  üçün  işbazlara  çox  gözəl  “cəzasızlıq”  şəraiti  yaradılıb. Mağazalarda  hər bir alıcı rahatca 1-2 ( 40 manata  qədər)  manat  aldadıla  bilər,  lakin onun  şikayəti  əsaszız  sayılar, dələduzlar  isə  cəzasız  qalar. Çox  gözəl  məntiq  deyilmi ?

İstehlakçı  yalnız  40 manat  məbləğində  aldadıqda  şikayət  etmək  hüququna  malik  ola bilər. İş  adamları  isə  hər   birimizi  heç  bir  məsuliyyət  daşımadan  arxayınlıqla  40 manata  qədər  aldada  bilərlər.

9)Sovet  dönəmində  qiymətdə  2 qəpik  aldatmaya  görə  satıcı  cinayət  məsuliyyətinə  cəlb  edilirdi. Bəs  bu  gün  marketlərdə  bu  əməllər    qabaqcadan  əlbir  olan  bir  qrup  tərəfindən (marketin  rəhbərliyi  və idarə edən  işçilər) törədildiyi   zaman   bunun  qarşısı  kim  tərəfindən  və  nə  cür  alınmalıdır ?

Qeyd: Beləliklə, bazarda bir neçə ildir fəaliyyət göstərən və milyonlar qazanan “Makromart” supermarketləri şəbəkəsinin 1 gündə elədiyi maxinasiyalar bütövlükdə cəmiyyətə və dövlətə xəyanət kimi qiymətləndirilməlidir. “Makromart” supermarketləri şəbəkəsi haqqında uşaqlarla bağlı daha bir fotofakt daxil olub. Tez bir zamanda onu da təqdim edəcəyik.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ