7NEWS.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bəzi dairələr tərəfindən "anti-İslam" hesab edilən və əsas azadlıqları məhdudlaşdırdığı səbəbiylə müzakirələrə səbəb olan abaya (uzun paltar) qadağasının heç kimə "etiket" vermək olmadığını müdafiə edib. Tiktok kanalında gənc YouTuber Hugo Decrypte tərəfindən yayımlanan proqrama qatılan prezident Makron ölkə gündəmində olan abaya qadağası ilə bağlı qiymətləndirmələr edib.
7NEWS.az








