RU
Makronun çıxışından sonra etirazlar başladı
11:30
52

Makronun çıxışından sonra etirazlar başladı

Fransa Prezidenti Emmanuel Makronun xalqa müraciətindən sonra ölkədə etirazlar başlayıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Parisdə 2 000-ə yaxın etirazçı nümayişə qatılıb.

Fransanın məşhur şəhərlərində yaşayan sakinlər Makrona narazılığını bildirmək üçün küçələrə axışıblar.

Qeyd edək ki, Fransanın aparıcı həmkarlar ittifaqları ölkədə pensiya yaşının artırılmasına qarşı ümumxalq etirazı təşkil ediblər.
Xatırladaq ki, Fransada pensiya yaşı 62-dən 64-ə yüksəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ