RU
Makronun həyat yoldaşı ilk dəfə danışdı: Onun 15 yaşı olanda mənim 40 yaşım var idi
13:40
34

Makronun həyat yoldaşı ilk dəfə danışdı: Onun 15 yaşı olanda mənim 40 yaşım var idi

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Fransa mediasına danışaraq aralarındakı yaş fərqinin münasibətlərinin əvvəlində necə çətinliklər yaratdığını açıqlayıb.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, aralarındakı böyük yaş fərqinə görə daim gündəmdə olan Bricit Makron ilə həyat yoldaşı Emmanuel Makronun münasibətləri ilə bağlı diqqətçəkən açıqlamalar verilib. 

Makronun cəmi 15 yaşında ikən 40 yaşında olduğunu deyən Bricit Makron deyib:

"Münasibətin əvvəlində daim narahat idim. Mən çaşqın idim. Qorxurdum ki, o, məni öz yaşıdıyla qoyub getsin. Emmanuel təhsil almaq üçün Parisə gedəndə öz-özümə dedim ki, onun yaşıd birinə aşiq ola bilər, amma bu heç vaxt baş vermədi”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ