Maksimal sürəti saatda 50 kilometrdən çox olan nəqliyyat vasitələri dövlət qeydiyyatına alınacaq.
7NEWS.Az-ın xəbərinə görə, bununla bağlı "Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir.
Dəyişikliklə konstruktiv maksimal sürəti saatda 50 kilometrdən çox olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələbinin müəyyənləşdirilməsi təklif edilir.
7NEWS.Az







