RU
Malena Mard: Aİ Qarabağ münaqişəsi ilə bağlı sülh sazişi görmək istəyir
14:27
435

Malena Mard: Aİ Qarabağ münaqişəsi ilə bağlı sülh sazişi görmək istəyir

Avropa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərtərəfli sülh sazişi görmək istəyir.

7news.Az Report-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, belə razılığın əldə olunması insanlar arasında əlaqələr vasitəsilə mümkündür.

Qarabağ münaqişəsinin həlli məsələsi ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu xatırladan M.Mard Aİ və Azərbaycan arasında əlaqələrin bərpasından məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, Aİ və Azərbaycan arasında altkomitələr səviyyəsində ilk iclas oktyabrın ortalarında keçiriləcək.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ