7NEWS.az xəbər verir ki, Mali İqtisadiyyat və Maliyyə Naziri Alousseni Sanou Mali Radio və Televiziya İdarəsinə (ORTM) verdiyi açıqlamada Rusiya ilə yeni müqavilələr imzaladıqlarını bildirib. Sanou bəyan edib ki, Rusiya ilə imzaladıqları müqavilələrdən biri qızıl emalı zavodunun tikintisi ilə bağlı olub. Rusiyanın açacağı qızıl emalı zavodunun ildə 200 ton həcmində olacağı və Qərbi Afrikanın ən böyük qızıl emalı zavodu olacağı təxmin edilir.
7NEWS.az








