RU
Malidə 13 fransız hərbçisi həlak olub
15:57
293

Malidə 13 fransız hərbçisi həlak olub

Malidə terrorçulara qarşı keçirilən əməliyyat zamanı helikopter qəzası baş verib, 13 fransız əsgəri həlak olub.

7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 25-i axşam saatlarında baş verib.

Fransa Prezidenti Emmanuel Makron hadisənin baş verdiyini təsdiqləyib. 

E. Makron həlak olanların ailələrinə baş sağlığı verib.

 

Qeyd edək ki, İŞİD-ə müttəfiq olduğunu bəyan edən terrorçulara qarşı mübarizə aparmaq üçün Fransa "Barkhane" əməliyyatı çərçivəsində Maliyə 4500 əsgər yerləşdirib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ