7NEWS.az xəbər verir ki, Malidə Burkina Fasoya gedən avtobus Baqo çayını keçərkən sürücüsünün sükanı itirməsi nəticəsində körpüdən aşıb. Maliyyə Nazirliyi qəza nəticəsində 31 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını açıqlayıb. Açıqlamada qəzanın yerli vaxtla saat 17:00 radələrində Baqo çayı üzərindəki körpüdə baş verdiyi, həyatını itirənlər arasında Mali və Qərbi Afrika ölkələrinin vətəndaşlarının olduğu bildirilib.
.
7NEWS.az








