Malidə sərnişin gəmisinə edilən hücumda 49 mülki vətəndaş həyatını itirib. Bamba rayonunda 15 əsgər həlak olub.
7NEWS.az xəbər verir ki, Malidə iki ayrı hücumda 49 mülki şəxs və 15 əsgər həyatını itirib. Mali ordusundan verilən açıqlamada, Timbuktu bölgəsindən keçən Niger çayı üzərində seyr edən sərnişin gəmisinin raketlərlə hücuma məruz qaldığı bildirilib.
7NEWS.az








