RU
Malidə otelə hücum zamanı 18 nəfər ölüb
23:57
204

Malidə otelə hücum zamanı 18 nəfər ölüb

Ümumilikdə 170 nəfər girov götürülmüşdür.

Malinin paytaxtı Bamakoda “Radisson Blu” hotelində insanların girov götürülməsi nəticəsində 18 nəfərin meyiti aşkarlanıb.

7news.az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkədəki BMT sülhməramlıları bildirib.

Hazırda hoteldə axtarış aparılır. Ölənlərin sayı dəqiqləşdirilir.

AFP agentliyinin məlumatına görə, hotelə hücumda iştirak edən 2 terrorçu məhv edilib.

Qeyd edək ki, terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülüb, onlardan bir hissəsi sərbəst buraxılmışdı.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ