Malinin mərkəzi hissəsindəki Mondoro şəhərində silahlıların hərbi qarnizona hücumu nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
Bu barədə Malinin Müdafiə Nazirliyi açıqlama yayıb.
Qeyd edilir ki, terrorçuların hücumu zamanı daha 35 nəfər xəsarət alıb. Eyni zamanda hücum zamanı ordunun 7 hərbçisi itkin düşüb.
Hərbçilər 70 terrorçunu zərərsizləşdiriblər.
Malidə terror hücumu 2013-cü ildən intensiv xarakter daşıyır./report
7NEWS.Az








