RU
Malidə terrorçular təhlükəsizlik qüvvələrinə hücum ediblər
10:10
16

Malidə terrorçular təhlükəsizlik qüvvələrinə hücum ediblər

Bir qrup silahlı Mopti (Malinin mərkəzi hissəsi) bölgəsindəki Kuakuru qəsəbəsi ərazisindəki təhlükəsizlik qüvvələri postuna hücum etdi.

Bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının kommünikesində deyilir.

Hücumun dəf edilməsində Mali ordusunun hərbçiləri iştirak edib, şiddətli toqquşmalar baş verib. Dronlardan istifadə olunub. Döyüşlər gün batandan sonra davam edib.

Hərbçilər arasında itkilər barədə məlumat yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ