7NEWS.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Amadou Ousmane Ture iyunun 18-də keçirilən ümumxalq səsverməsində konstitusiya dəyişikliyinin 96,91 faiz "hə” səsi ilə qəbul edildiyini açıqlayıb. Ture iştirak nisbətinin 38,23 faiz olduğunu da qeyd edib. Bəzi siyasi partiyalar 2020-ci ildə çevrilişlə iqtidara gələn hərbi keçid hökumətinin konstitusiyaya dəyişiklik etmək səlahiyyətinə və legitimliyinə malik olmadığını əsas gətirərək referenduma qarşı çıxıblar.
7NEWS.az








