RU
Maliyyə naziri: Böyük vergi islahatına gedirik
14:38
421

Maliyyə naziri: Böyük vergi islahatına gedirik

Növbəti ildə faktiki olaraq böyük vergi islahatına gedirik. Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. Müəyyən vaxt ərzində dövlət büdcəsinin gəlirinin bir hissəsindən faktiki olaraq imtina edirik.

7News.Az-ın xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifov parlamentdə büdcə ilə bağlı sualları cavablandırarkən bildirib.

"Ona görə ki, biz istəyirik iqtisadiyyatda şəffaflaşma baş versin, kölgə iqtisadiyyatı tədricən azaldılsın və bunun üçün sahibkarlar üçün stimul yaradırıq. Sahibkarları həvəsləndiririk ki, onlar da bu addımı dəstəkləsinlər. Sosial sığorta haqlarının işçi və işəgötürən arasında bölgü məsələsinə toxunmuşuq. Bunlardan sonra belə ARDNF-dən transfert əhəmiyyətli dərəcədə artmır”, - deyə S.Şərifov əlavə edib.

Nazir qeyd edib ki, əvvəllər Dövlət Neft Fondunun xətti ilə bir sıra layihələr maliyyələşdirilirdi: 

"İndi bu layihələr dövlət büdcəsi ilə maliyyələşdiriləcək”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ