İstiqrazların ödəmə müddəti 13 sentyabr 2016-cı il tarixidir.
Bu gün “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin tədavül müddəti 182 gün olan 10 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.
Bu barədə Maliyyə Nazirliyindən 7News.az-a bildirilib.
Məlumata görə, investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 35.8 mln. manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 10 milyon manat məbləğində dövlət istiqrazları 15,22% gəlirliliklə təmin edilib.
Nazirlikdən qeyd olunub ki, istiqrazların ödəmə müddəti 13 sentyabr 2016-cı il tarixidir.








