RU
Maliyyə Nazirliyi böyük məbləğdə mənimsəmə faktı aşkarlayıb
17:50
570

Maliyyə Nazirliyi böyük məbləğdə mənimsəmə faktı aşkarlayıb

38 təşkilatda prokurorluq orqanlarının məktublarında və qərarlarında qeyd olunan suallar yoxlanılıb.

Bu barədə Maliyyə Nazirliyindən 7news.Az-a bildirilib.

Məlumata görə, cəmi 227 mln. 726,09 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq, yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş prokurorluğa göndərilib.

Bununla yanaşı, əvvəlki dövrlərdə büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 51,02 min manatının hesabat dövründə dövlət büdcəsinə bərpası təmin edilib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ