7NEWS.az xəbər verir ki, yapon alimləri 500 milyon il əvvəl dənizdən quruya çıxan ilk bitki növlərindən biri olan mamır hüceyrələrini Beynəlxalq Kosmik Stansiyanın (BKS) xarici hissəsinə yerləşdiriblər. Doqquz aydan sonra hüceyrələrin 80 faizindən çoxu Yerə qayıdıb sağ qaldı və kosmosda həyatın davamlılığını sübut etdi.