RU
Manaf Ağayevi Füzuliyə buraxan polkovnik-leytenant İŞDƏN ÇIXARILDI
19:22
211

Manaf Ağayevi Füzuliyə buraxan polkovnik-leytenant İŞDƏN ÇIXARILDI


Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində polis zabiti xidmətdən xaric edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 7NEWS.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan Nazirliyin vəzifəli şəxsi - polis polkovnik-leytenantı N.Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edildiyindən o, daxili işlər orqanlarında xidmətdən xaric olunub.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ