Son iki gündə "Bloomberg” terminalı üzərindən manat dollar qarşısında bahalaşmaqda davam edir.
7news.Az Fins.az-a istinadən xəbər verir ki, bu gün dolların manat qarşısında məzənnəsi 1,9396 manat müəyyən edilib.
Bu, ötən günlə müqayisədə manatın 0,06% dəyər qazanması deməkdir. Ümumilikdə isə 2 gündə manat 0,1% bahalaşıb.
"Bloomberg” yanvarın 30-da manatın məzənnəsini 1,9416 səviyyəsində müəyyən etmişdi.
Xatırladaq ki, "Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən, manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.
7news.Az








