7News.Az xəbər verir ki, bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

İqtisadçı qeyd edib ki, bu baxımdan qeyri-neft ixracatı və qonşu ölkələrin valyutalarının vəziyyəti Azərbaycan üçün çox önəmlidir: "Rəsmi statistikaya əsasən, mədən sənayesi ümumi məşğulluğun cəmi 1 faizini formalaşdırır. Fərqli metodologiyadan istifadə olunsa da, neft sektorunun məşğulluqda payı 2 faizdən çox deyil. Bu isə o deməkdir ki, məşğulluğun 98 faizi qeyri-neft sektorunda formalaşır. Bu məşğulluq təxminən 40 faiz büdcə ayırmaları hesabına formalaşsa da, yenə də qeyri-neft ixracatı bizim üçün nəinki iqtisadi, həm də sosial baxımdan əhəmiyyətini qoruyub saxlayır. Qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir. Bu baxımdan da qonşu ölkələrdə mill valyutaların kursu bizim üçün əhəmiyyətlidir. Öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələb yüksələcək. Amma bütün hallarda son qərarı Mərkəzi Bank verəcək. Bütövlükdə, vətəndaşlarımızın iki faktora, neftin dünya bazar qiyməti və qonşu ölkələrin, xüsusən də Rusiya rublunun vəziyyətinə diqqət edərək manata təzyiqin olub-olmadığını müəyyənləşdirə bilərlər".
7News.Az








