RU
17:30
497

"Mançester Yunayted" azakeşinə 3 illik cəza kəsdi - "Fənərbağça" ilə oyuna görə

"Mançester Yunayted" rəhbərliyi azarkeşə 3 il müddətinə "Old Trafford"a girişi qadağan edib.

O, Avropa Liqasının qrup mərhələsində baş tutan "Mançester Yunayted" - "Fənərbağça" (4:1) matçına biletləri "qara bazardan" satmağa cəhd göstərdiyi üçün bu cəzanı alıb.

"Mankunianlılar" mövsümün əvvəlində oyunlara biletlərin təkrar satışına 3 illik qadağa qoymuşdu. Məlumata görə, İngiltərədə biletlərin bu cür satışını tam aradan qaldırmaq üçün yeni layihə hazırlanır.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ