RU
16:28
455

"Mançester Yunayted"də növbəti itki

Son vaxtlar qeyri-stabil çıxışı ilə seçilən "Mançester Yunayted" klubu ciddi itki ilə üzləşib.

Komandanın aparıcı futbolçularından olan Antonio Valensia zədələnib. Ekvadorlu futbolçunun əl sümüyündə qırıq aşkarlanıb. Bu səbəbdən Valensia azı 6 həftə yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki,  "qırmızı şeytanlar"ın digər müdafiəçisi Erik Baili də zədə problemi ilə üzləşib və azı 1 ay futbol oynaya bilməyəcək.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ