RU
17:43
463

"Mançester Yunayted"in əvəzedici komandası Batta tapşırıldı

"Mançester Yunayted"in eks-futbolçusu Niki Batt klubun əvəzedici komandasında müvəqqəti olaraq baş məşqçi funksiyalarını yerinə yetirəcək.

Əvvəlki çalışdırıcı Uorren Coys "Wigan Athletic"in sükanı arxasına keçdiyindən onun vəzifəsi Batta tapşırılıb. Sabiq yarımmüdafiəçi "Yunayted" futbol akademiyasının yetirməsidir. Daha öncə klubun U-19 komandasını çalışdırıb. O, "qırmızı şeytanlar"la 6 dəfə İngiltərə çempionu olub. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ