7NEWS.az xəbər verir ki, İngiltərə Premyer Liqa təmsilçisi "Mançester Yunayted" portuqaliyalı futbolçu Kriştiano Ronaldonun Piers Morqana verdiyi, klubu və vəzifəsini yerinə yetirən məşqçilər haqqında ağır sözlər yer aldığı müsahibə ilə bağlı yeni açıqlama verib. Ronaldonun müsahibəsinin ilk dəfə mətbuata çıxdığı gün klubdan verilən açıqlamada Ronaldonun açıqlamalarının araşdırılacağı və dəyərləndirildikdən sonra açıqlama veriləcəyi bildirilib. "Mançester Yunayted"in açıqlamasından sonra İngiltərə mətbuatında yer alan xəbərlərdə "Mançester Yunayted"in Ronaldo ilə yollarını ayırmaq üçün rəsmi cəhdlərə başladığı bildirilib. Məlumatlara görə, klub rəhbərliyi Ronaldonun müqaviləsində qalan 16 milyon funt-sterlinqi ödəmədən yollarını ayırmaq üçün formula axtarır. Nəhəng klubun Ronaldonu məhkəməyə verməyə hazırlaşdığı da bildirilir.
7NEWS.az








