RU
Mandelanın çəkdiyi eskiz inanılmaz qiymətə satıldı - FOTO
16:30
449

Mandelanın çəkdiyi eskiz inanılmaz qiymətə satıldı - FOTO

Keçmiş CAR lideri Nelson Mandelanın çəkdiyi rəsm "Bonhams” hərrac evində (Nyu-York) 112 min dollara satılıb. Rəsm əsərində onun cəza çəkdiyi Robben adasındakı həbsxana kamerasının dəmir barmaqlıqları təsvir olunub.

Bu haqda "RİA Novosti məlumat yayıb.

Rəsmin "çəkic altı”na gəlməsinin təşəbbüskarı əfsanəvi liderin qızı olub.

Mandelanın həbsdə olduğu müddətdə 22 eskizi olub. Baha qiymətə satılmış rəsmdə təsvir olunan kameraya dünyanın bir çox dünya liderləri, o cümlədən, keçmiş ABŞ prezidentləri Baraka Obama və Bill Klintonun baş çəkdiyi qeyd olunur.

Mandella Robben adasındakı həbsxanada həyatının 18 ilini keçirib (1964-1982).

 

 

: "The Cell Door, Robben Island" by , sold for $112,575 inc. premium in today's Modern and Contemporary African Art in NY. The work, which Mandela created in 2002, was one of the few the statesman kept for his personal collection https://www.bonhams.com/auctions/25486/lot/9/ 

See Bonhams's other Tweets

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ