RU
Mariupolda dram teatrının bombalanması zamanı binada 1200 nəfər olub - YENİLƏNİB
19:05
245

Mariupolda dram teatrının bombalanması zamanı binada 1200 nəfər olub - YENİLƏNİB

Mariupolda dram teatrının bombalanması zamanı binada təxminən 1200 nəfər olub.

Bu barədə Ukrayna rəsmilərinin məlumatında bildirilib.
Qeyd olunub ki, bina bombalanmamışdan əvvəl hər iki tərəfində havadan görülməsi üçün "uşaqlar” sözü yazılıb.

Ukraynanın İnsan Haqları Müvəkkili (Ombudsman) Lüdmila Denisova bildirib ki, bina aviasiya bombasının zərbəsinə tab gətirdiyindən zirzəmidəki sığınacaqda olan insanlar sağ qalıb.

O, artıq dağıntıların altında qalanların çıxarılmasına başlanıldığını, binanın bloklanmış zirzəmisinin açılması istiqamətində işlərin davam etdirildiyi qeyd edib. Hələ ki ölən və ya yaralananlar barəsində məlumat olmadığı bildirilir. Rusiya öz qüvvələri tərəfindən teatr binasının bombalanmasını təkzib edib və insidentə görə, Azov batalyonunu günahlandırıb.

Qeyd edək ki, Azov batalyonu Ukrayna silahlı qüvvələrinin tərkibinə inteqrasiya olunmuş ultra-millətçi silahlılardan ibarət qrupdur.



13:12

Mariupolda dram teatrına sığınan insanlar bombardman zamanı sağ qalıblar.

Bu barədə ukraynalı deputat Sergey Taruta "Facebook” hesabındakı paylaşımında bildirib.

Onun sözlərinə görə, teatr binası aviasiya bombasına tab gətirib və nəticədə sığınacaqdakı insanlar sağ qalıblar.

"Qeyri-müəyyənliklə dolu dəhşətli gecədən sonra, nəhayət müharibənin 22-ci gününün səhərində Mariupoldan yaxşı xəbərlər var. Sığınacaqdakı insanlar sağdırlar”, - deputat bildirib.

Sergey Taruta qeyd edib ki, dağıntılar aradan qaldırılır və insanlar sığınacaqdan sağ şəkildə çıxarılırlar./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ