RU
Mariupolda məktəb və ikimərtəbəli binaya mərmi düşüb
20:18
139

Mariupolda məktəb və ikimərtəbəli binaya mərmi düşüb

Rusiya hərbçilərinin Mariupol şəhərini atəşə tutması nəticəsində Kalmiusskiy rayonunda məktəb və ikimərtəbəli binaya mərmi düşüb.

7NEWS.Az "İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Polisi məlumat yayıb.

Polisin məlumatına görə, Mariupol şəhəri və Manquş qəsəbəsi atəşə tutulub.

"Bir nəfər ölüb, iki polis yaralanıb. Doqquz obyekt – doğum evi, yataqxana, ərzaq mağazası və s. dağıdılıb. Martın 1-də açılan atəşlər zamanı yaralanan uşaq bu gün xəstəxanada vəfat edib”, - məlumatda deyilir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ