RU
Rusiya səfirin qətlini Təhlükəsizlik Şurasına çıxarır
23:00
503

Rusiya səfirin qətlini Təhlükəsizlik Şurasına çıxarır

Rusiya Türkiyədəki səfirinin qətlini terror aktı kimi qəbul edir.

7news.Az interfax-a istinadən xəbər verir ki, bu bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

O bildirib ki, Rusiya bu məsələni BMT Təhlükəsizlik Şurasında qaldıracaq".

Bu arada  Rusiyanın Turizm üzrə Federal Agentliyi Türkiyədə olan rusiyalı turistlərə xəbərdarlıq edib.

Agentlik ruslara insanların sıx olduğu yerlərdən uzaq gəzməyi və ehtiyac yaranmadıqca qaldıqları yeri tərk etməməyi xahiş edib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ