Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına Rusiyanın yanaşması dəyişməz qalır.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Ermənistana səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiyanın həm Azərbaycan, həm də Ermənistan ilə sıx münasibətləri var: “Rusiya hər iki tərəfə zərər vura biləcək bir fəaliyyət göstərmir. Münaqişənin nizamlanmasına bizim yanaşmamız dəyişməz qalır və mən bunu bir daha təsdiqləyirəm”./apa
7news.az








