Marmara dənizində quru yük gəmisi ilə neftdaşıyan tanker toqquşub.
7news.Az Türkiyə mediasına istinadən xəbər verir ki, "Gammagas" adlı tanker Sivriadada "Ərsoylar 1" gəmisinə çırpılıb.
Qəza nəticəsində ölən və yaralananın olmadığı, dənizin çirklənmədiyi bildirilir. Gəmilərin batma təhlükəsinin olmadığı da qeyd edilir. Hazırda onların sahilə çəkilməsi işləri aparılır.
7news.Az








