Uzun illərdir ki, Mars planetində həyatın olub-olmadığı müzakirə mövzusudur. Sən demə, "qırmızı planet"də canlı orqanizmlər var və NASA alimləri bundan 11 il əvvəl xəbər tutub.
Bu barədə "Nature Communication” jurnalında məqalə dərc olunub. İddialara görə, 2007-ci ildə "Spirit” kosmik aparatının Marsda çəkdiyi şəkillərdə mikro canlı orqanizmlərin olduğu nəzərə çarpır. Amma nədənsə NASA alimləri bu barədə açıqlama verməyib.
Bildirilir ki, həmin fotolardakı qayaların arasında tək hüceyrəli canlıların əmələ gətirdiyi "stramatolit” adlandırılan orqanizmlər var.
Qeyd edək ki, "stramatolit”lər Yer planetində ən qədim canlı orqanizmlər kimi qəbul olunur. Onların Marsda olma ehtimalı planetdə canlı həyatın mümkünlüyünü gündəmə gətirib.
7News.az







