RU
Marsda müəmmalı şəkildə oksigen artır - VİDEO
16:30
424

Marsda müəmmalı şəkildə oksigen artır - VİDEO

Qırmızı planetdə oksigenin olduğu məlum olub. Onun miqdarı getdikcə artır, lakin mənbəyi alimlərə məlum deyil.

7News.Az-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, amerikalı tədqiqatçılar oksigenin hər il adətən yaz aylarında 30% artdığını bildirir. Payız dövründə isə oksigenin miqdarı azalır.

Bu məlumatlar Geyl kraterindəki "Curiosity" apparatı tərəfindən qeydə alınıb və dəfələrlə yoxlanılıb.

Hazırda alimlər oksigen miqdarının artmasının mövsümlərlə əlaqəsini araşdırır.

İlk öncə oksigenin karbon qazı və ya su molekullarının parçalanması nəticəsində meydana gəldiyi hesab olunurdu, lakin Mars atmosferində bu həcmdə oksigenin olması üçün burada su hazırda olduğundan 5 qat çox olmalıdır.

Belə çıxır ki, planetdə oksigen səviyyəsinin artmasına səbəb olan, lakin hələ naməlum qalan proseslər mövcuddur.

Bu sirrin açılması Marsda həyat axtarışı ilə əlaqəli ola bilər.

Məlumdur ki, Marsın havasında orta illik oksigen miqdarı təqribən 0,16%, Yer kürəsində isə bu göstərici 20.95% -dir. Qırmızı planetin atmosferində 95% karbon qazı var.



7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ