RU
Martda neçə gün evdə olacağıq?
17:40
427

Martda neçə gün evdə olacağıq?

Mart ayının istirahət günləri açıqlanıb.

Martın 8-də Beynəlxalq Qadınlar günüdür.

Martın 20, 21, 22, 23, 24-ü Azərbaycanda Novruz Bayramı qeyd ediləcək.

 

Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-si və 21-i şənbə və bazar günlərinə təsadüf etdiyi üçün müvafiq olaraq martın 25-i və 26-sı qeyri-iş günləri hesab edilir.

Martın 27-si və 28-i isə həftəsonuna təsadüf edir.

Ümumilikdə isə mart ayı ərzində həftəsonları ilə birlikdə 14 gün istirahət günü olacaq./oxu

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ