Türkiyə xüsusi xidmət orqanları təhlükəsizlik güclərinə terror aktları barədə xəbərdarlıq edib.
Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Cümhurriyət” qəzeti bildirib.
Kəşfiyyatın məlumatına görə, PKK terror təşkilatı martın 20-də terror aktları seriyası təşkil edərək Türkiyəni “qan gölü”nə çevirmək istəyir. Xəbərdə bildirilir ki, təhlükəsizlik gücləri yeni terror aktları üçün istifadə oluna biləcək 20 avtomobili axtarır.
Xəbərdarlığa görə, PKK-nın hədəfi dövlət binaları, hakim partiyanın ofisləri, səfirliklər, ticarət mərkəzləri, turizm yerləri və kütləvi nəqliyyat vasitələridir.








