RU
Maşallah Əhmədov həbs edildi
14:34
3659

Maşallah Əhmədov həbs edildi

Azərbaycan futbolunun ən güclü hücumçularından olmuş Maşallah Əhmədovun həbs xəbəri yayılıb.

Veteran futbolçu Binəqədi polisi tərəfindən həbs edilib. Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. O, 72 min manatlıq dələduzluqda ittiham olunur.

Xatırladaq ki, Maşallah Əhmədov 1977-ci ildən “Neftçi” klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyır./bizimyol

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ