Masallı rayonunda intihar hadisəsi baş verib.
7News.Az xəbər verir ki, bu barədə Masallı rayon Prokurorluğundan məlumat verilib.
Hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Məcidova Günəş Təvəkkül qızı özünü yaşadığı evdə asaraq öldürüb. Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb./trend
7News.Az








