Masallı rayonunda ev yanıb.
7news.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Masallı rayonu, Böyük Xocavar kəndində (rayon mərkəzindən 6 kilometr aralı) vətəndaşa məxsus ümumi sahəsi 126 kvadratmetr sahədə 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
7news.az








