RU
Masallıda süni göldə boğulan 18 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB
18:50
314

Masallıda süni göldə boğulan 18 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB

Masallıda sututarda boğuluan 18 yaşlı gəncin meyiti tapılıb.

7NEWS.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Babakücə kəndi ərazisində, süni göldə 2003-cü il təvəllüdlü Əliyev Xəyal Kamal oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən X.Əliyevin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

---

Masallı rayonunda 18 yaşlı gənc süni göldə batıb.

Hadisə rayonun Babaküçə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Əliyev Xəyal Kamal oğlu süni göldə boğulub.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc qrupu axtarışlar aparır.

Faktla bağlı araşdırmalara başlanılıb./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ