FHN məlumat yaydı.
Masallı rayonu, Digah kəndində meyvə-tərəvəz istixanasının anbarında yanğın hadisəsi baş verib.
7News.Az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.
Hal-hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.








