RU
Masallıda ikimərtəbəli ev yanıb
22:40
1725

Masallıda ikimərtəbəli ev yanıb

Masallı rayonunda ikimərtəbəli ev yanıb.

7NEWS.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, yanğın rayonun Qasımlı kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 234 m² olan ikimərtəbəli evin (hər mərtəbəsi 117 m²) 1-ci mərtəbəsinin yanar konstruksiyaları 57 m² sahədə, 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 117 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ