Dekabrın 23-də saat 4 radələrində Masallı rayonunun Öncəqala kəndi ərazisində Lənkəran rayon sakini Ş.Fərəcov idarə etdiyi "Kia” markalı avtomobili qarşıda gedən "KamAZ” markalı avtomobilə vurub.
DİN-in mətbuat xidmətindən 7NEWS.Az-a verilən məlumata görə, nəticədə Ş.Fərəcovun sərnişinləri olan həyat yoldaşı Əminə və oğlu Aslan hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
7NEWS.Az








