RU
Masallıda partlayış:
13:36
910

Masallıda partlayış:

Nazirlik məlumat yayıb.

Masallı rayonunda qaz borusunda partlayış baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, hadisə fevralın 28-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində qeydə alınıb. 

Rayon sakini Həsən Abbasov kanalizasiya borusunun içərisində təmir işləri apararkən oradan keçən qaz borusundan təbii qazın sızması nəticəsində partlayış baş verib. 

Yanıq xəsarəti alan H. Abbasov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ