RU
MASALLIDA QƏTL: Bıçağı qadının ürəyinə sancdı
21:41
703

MASALLIDA QƏTL: Bıçağı qadının ürəyinə sancdı

Masallı rayonundakı otellərdən birində cinayət hadisəsi baş verib.

 7News.az xəbər verir ki, təqribən 21-22 yaşlarında olan Salyan rayon sakini Röya Novruz qızı Hüseynova ürək nahiyəsindən bıçaq zərbəsi alıb.

O, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Mərhumun həyat yoldaşı tərəfindən qətlə yetirildiyi ehtimal olunur və şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb. //report

  7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ