İdarə etdiyi avtomobili aşıran sürücü hadisə yerində ölüb.
7News.Az DİN-in saytına istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi bu gün gecə radələrində Masallı rayonunun Sərçuvar kəndində baş verib. Bakı şəhər sakini Hüccətulla Feyzullayev idarə etdiyi "Mercedes” markalı avtomobili aşırıb və hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.








