RU
Masallıda üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb
23:00
1891

Masallıda üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində odlu silah gəzdirməkdə şübhəli bilinən rayon sakini Cavid Bəyəliyev saxlanılıb.

7NEWS.Az xəbər verir ki, şəxsi axtarış zamanı onun üzərindən yarım kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana, bir ədəd lüləsi kəsilmiş odlu silah tüfəng və bir ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ