Masallı rayonunda iki nəfərin ölümü, dörd nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.
Hadisə köhnə Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, "KamAZ" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.








