Dekabrın 23-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 5 yaşlı Mehman Əliyev vurulub.
Azyaşlı uşaq xəstəxanaya yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin "Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Çingiz Osmanov saxlanılaraq istintaqa təhvil verilib./qafqazinfo
7news.Az








