RU
Maşın ağaca çırpıldı, 26 yaşlı sürücü öldü
11:00
179

Maşın ağaca çırpıldı, 26 yaşlı sürücü öldü

Şəkidə baş verən qəzada bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Hadisə gecə saatlarında rayonun Aşağı Küngüt kənd ərazisində baş verib. 

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxıb və nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan Oğuz rayon sakini 1995-ci il təvəllüdlü Mehman Ələsgərov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerindəcə ölüb. Daha bir nəfər Oğuz rayon sakini Elsevər Rəcəbli isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ