Qazax rayonunda "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
7News.Az FHN-ə istinadə xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sərnişin 1997-ci il təvəllüdlü Hüseynov Roman Kamran oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
7News.Az








